Bu il Azərbaycanda taxıl istehsalı 22,9% artıb

Bu il Azərbaycanda taxıl istehsalı 22,9% artıb

28 Noyabr 2011 17:33
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Statistika Komitəsindən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan taxıl istehsalını ötən ilin yanvar-oktyabr aylarına nisbətən 22,9% artırıb. Hesabat dövründə ölkədə 2 306,1 min ton taxıl (qarğıdalısız) istehsal olunub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 23,7% çoxdur. Dən üçün qarğıdalıya gəldikdə isə, Azərbaycan 2011-ci ilin yanvar-oktyabr aylarında bu məhsulun yığımını 10,6% artıraraq 149,8 min tona çatdırıb. "Ümumiyyətlə, hesabat dövründə ölkədə 2 455,9 min ton taxıl istehsal olunub ki, bu da keçən ilin ilk on ayına nisbətən 22,9% çoxdur", - deyə Komitədən bildirilib.

O.M.