«Əzizbəyov» körpüsü bu günlərdə istifadəyə veriləcək

«Əzizbəyov» körpüsü bu günlərdə istifadəyə veriləcək

28 Noyabr 2011 17:02
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın günlərdə Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyası yaxınlığında təmir olunan avtomobil körpüsü istifadəyə veriləcək. Bu barədə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, noyabrın 25-də istifadəyə verilməsi nəzərdə tutulan körpüdə aparılan təmir işlərinin ləngiməsi hava şəraiti ilə bağlı olub: "Körpüdə aparılan əsas təmir işləri başa çatıb və hazırda yolun asfaltlanması işlərinə başlanılıb. İntensiv şəkildə aparılan işlər yaxın 2-3 günə başa çatacaq və körpü istifadəyə veriləcək". Qeyd edək ki, Böyük Şor dairəsində, metronun "Məşədi Əzizbəyov" stansiyasının yanında "8-ci km" adlanan körpü noyabrın 4-də avtomobillərin hərəkəti üçün bağlanılıb. Körpünün bağlanmasının səbəbi Mikayıl Əliyev küçəsində yeraltı piyada keçidinin tikintisidir.

O.M.