Qanun pozuntularına görə 153 akt və protokol tərtib olunub

Qanun pozuntularına görə 153 akt və protokol tərtib olunub

7 Mart 2018 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

16-28 fevral 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Medianfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin Mühafizəsi Departamentindən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 153 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 24 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 43 iş üzrə 25900 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 25 iş üzrə 16327,69 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 283 iş üzrə 62472,48 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 31, icra qurumlarına 7, məhkəmələrə isə 4 iş göndərilib.