Rusiya əhalisinin real gəlirləri azalmaqda davam edir

Rusiya əhalisinin real gəlirləri azalmaqda davam edir

6 Mart 2018 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yanvar ayında Rusiya əhalisinin real gəlirləri illik müqayisədə 7% azalıb.

Bu barədə Rusiya Statistika İdarəsi ("Rosstat") məlumat yayıb.

Azalmaya səbəb kimi, ötən ilin yanvar ayında pensiyaçılara birdəfəlik 5 000 rubl (təxminən 90 dollar) ödəniş edilməsi göstərilir. Həmin ödəniş nəzərə alınmazsa, əhalinin real gəlirlərində dəyişiklik olmadığı bildirilir.

Qeyd edək ki, Rusiya əhalisinin real gəlirləri 4-cü ildir ki, azalır. Geriləmənin həddi 2017-ci ildə 1,7%, 2016-da 5,8%, 2015-ci ildə 3,2%, 2014-cü ildə isə 0,7% olub. Bu il hökumət vəziyyətin dəyişəcəyini və real gəlirlərin 2,3% artacağını ehtimal edir.

Qeyd edək ki, real gəlirlər əhalinin inflyasiya və məcburi ödənişlərdən sonrakı gəlirini göstərir.Report