Çin Rosneftin səhmlərindən imtina edib

Çin Rosneftin səhmlərindən imtina edib

2 Mart 2018 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin CEFC korporasiyası Rusiyanın "Rosneft" şirkətinin səhmlərini almaqdan imtina edib.

Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Sövdələşmənin baş tutmamasına əsas səbəbin CEFC şirkətinin rəhbəri Ye Yanminyanın həbs edilməsi olub.

Qeyd edək ki, CEFC "Rosneft"in səhmlərinin 14%-ni almağı planlaşdırırdı. Şirkət bunun üçün "Rosneft"ə 9,1 milyard dollar verməli idi. Bu vəsaitin 5 milyardını VTB təşkil edəcəyini bildirsə də, Çin Dövlət İnkişaf Bankı sonradan CEFC-ə kredit ayırmaqdan imtina edib.(axar.az)