Azərbaycanda 39,1 min nəfər işsizlik müavinəti alır

Azərbaycanda 39,1 min nəfər işsizlik müavinəti alır

26 Noyabr 2011 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il noyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,1 min nəfər olub. Onların 43%-nı qadınlar təşkil edir.

Hər boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 3 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 183,2 manat olub. Xatırladaq ki, cari ilin oktyabrın 1-nə ölkədə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 39,4 min nəfər olub.

Təəssüf ki, rəsmi rəqəmlər real vəziyyətin kiçik bir göstəricisidir...

Sərvər Aslanov

O.M.