"Dualis" və "X-Trail sport" maşınlarında qüsur aşkar edildi

"Dualis" və "X-Trail sport" maşınlarında qüsur aşkar edildi

25 Noyabr 2011 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın "Nissan Motor Co" şirkəti 56 min ədəd "Dualis" və "X-Trail sport" modellərini geri çağırıb. "Kyodo" agentliyinin məlumatına görə, buna səbəb stop-siqnal lampalarındakı nasazlıq və mümkün yanacaq sızmasıdır. Geri çağırılan avtomobillər 2007-ci ilin aprelindən 2010-cu ilin oktyabr aylarına qədər istehsal olunub. yanacaq sızmasına səbəb kimi yanacaq şlanqının düzgün birləşdirilməməsi göstərilir. Qeyd edək ki, "Nissan"ın tarixində ən böyük geri çağırma 2010-cu ildə baş verib. O vaxt avtokonsern bütün dünya üzrə 2,14 mln. ədəd avtomobili geri çağırıb. Buna səbəb mühərrikin işə salınması sistemindəki nasazlıqlar olub.

Təki sürücüdə qüsur olmasın...

Fuad Borçalı

O.M.