"CATEL" fəaliyyətini bərpa edəcək

"CATEL" fəaliyyətini bərpa edəcək

25 Noyabr 2011 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə aydır öz fəaliyyətini dayandıran "CATEL" şirkəti hazırda bir neçə rabitə şirkəti ilə, əsasən "Azerfon", BTRİB və "Aztelekom"la danışıqlar aparır.

Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, yəqin ki, yaxın vaxtlarda "Catel" bu şirkətlər vasitəsilə fəaliyyətini bərpa edəcək.
Qeyd edək ki, Azərbaycanın ilk CDMA operatoru "CATEL" şirkəti "Caspian American Telecom LLC" adı altında 1997-ci ildə ABŞ-ın "Omni Communications" konsorsiumu tərəfindən Azərbaycanda qeydiyyatdan keçib. 1999-cu ildən fəaliyyətə başlayan şirkət abonentlərinə simsiz və mobil rabitə xidmətləri göstərib. "CATEL"in bütün səhmləri 2008-ci ildə tam özəlləşdirilib. Bu ilin aprel ayında şirkətin fəaliyyəti texniki nasazlıqlar səbəbindən dayandırılıb.

Xoş xəbərlər eşidəsiniz...

Hafiz Əhmədov

O.M.