Bakıda magistral qaz kəmərində yanğın olub

Bakıda magistral qaz kəmərində yanğın olub

25 Noyabr 2011 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilir ki, Bakıda magistral qaz kəmərində yanğın olub. Hadisə ötən gün saat 22.00 radələrində Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb. Magistral qaz kəmərində baş verən qəza nəticəsində yanğın baş verib. Nəticədə, ərazidə olan bir avtomobil yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.

O.M.