«Tər-tər» markalı süd məhsulu satışdan yığışdırıldı

«Tər-tər» markalı süd məhsulu satışdan yığışdırıldı

24 Noyabr 2011 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fiziki şəxs Vüqar Qənbərova məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942-ci məhəllə ünvanında yerləşən süd məhsulları istehsalı sexində aparılan yoxlama materiallarının nəticələri üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 200.1-ci maddəsi ilə ("İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma") cinayət işi başlanıb. Komitədən verilən məlumata görə, V.Qənbərova məxsus süd məhsullarının istehsalı ilə məşğul olan müəssisədə ayranın, qatığın, xamanın uyğunluq sertifikatları, eləcə də məhsullara dair normativ sənədlər olmadan istehsal edildiyi, istehsal sahəsində antisanitariya vəziyyəti müəyyən olunub. Eyni zamanda müəyyən edilib ki, məhsulların markalanmasında onların saxlama müddəti barədə bilərəkdən yalan məlumatlar əks olunub. Belə ki, reseptura üzrə "Tər-tər" nişanlı qatığın yararlılıq müddəti 72 saat, ayranın yararlılıq müddəti 2 sutka, xamanın yararlılıq müddəti 72 saat, dovğanın yararlılıq müddəti 7 sutka olduğu halda, bütün məhsulların qablarının üzərində yararlılıq müddəti 20 gün göstərilib. İstehsal olunan etiketdə qatıq məhsulunun təbii inək südündən hazırlandığı göstərilsə də, faktiki olaraq quru süddən istifadə olunduğu müəyyən edilib. Müəssisədə istehsal edilən məhsullardan sınaq nümunələri götürülüb və laboratoriya sınaqları nəticəsində 15%-li xamanın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib. Artıq müəssisədə məhsul istehsalı dayandırılıb.

Süd kimi ağ olan ağ yalanın ömrü qısa olar...

Hafiz Əhmədov

O.M.