Bakının Yasamal və Səbail rayonlarında su fasilələrlə veriləcək

Bakının Yasamal və Səbail rayonlarında su fasilələrlə veriləcək

24 Noyabr 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrə uyğun olaraq Yasamal rayonu ərazisində məhəllədaxili şəbəkələrin yeni çəkilmiş magistral kəmərlərə qoşulması işləri aparılır. "Bununla əlaqədar qarşıdakı bir neçə gün ərzində Bakının Yasamal, həmçinin Səbail rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq" - deyə məlumatda bildirilir. "Azərsu" ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

Bu dəfə adət pozuldu. Həmişə qışda qaz, yayda su kəsilərdi...

Fuad Borçalı

O.M.