Oktyabrda əhali arasında 48 qida zəhərlənməsi hadisəsi baş verib

Oktyabrda əhali arasında 48 qida zəhərlənməsi hadisəsi baş verib

16 Noyabr 2011 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dünən respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 45 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub.

19 obyektin istismarı isə dayandırılıb, 28 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 643, mikrobioloji göstəricilərinə görə 565, toksikoloji göstəricilərinə görə 71, radioloji göstəricilərinə görə isə 30 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 15-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji, 4-də toksikoloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən 2093 yaxma, 31 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 54-də mikrobioloji çirklənmə aşkarlanıb. Oktyabr ayında əhali arasında 48 qida zəhərlənməsi hadisəsi baş verib, 51 nəfər zərər çəkib. Bundan başqa, 2 botulizm hadisəsi baş verib, 4 nəfər zərərçəkən olub, 1 nəfər vəfat edib.

O.M.