Bu il vergi ödəyiciləri 1.097 mln. manat cərimə olunublar

Bu il vergi ödəyiciləri 1.097 mln. manat cərimə olunublar

16 Noyabr 2011 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda oktyabr ayında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə və s. üzrə vergi orqanlarının keçirdiyi tədbirlər zamanı 2 886 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Nazirlikdən verilən məlumata görə, 1 716 vergi ödəyicisinin nağd hesablaşmaların aparılması qaydalarını pozması, 266 vergi ödəyicisinin valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 251 vergi ödəyicisi aşkar olunub, 388 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olması faktları müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 257 vergi ödəyicisi tərəfindən 614 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 67 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub. Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı 185 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 5 260 manat dəyərində 2 780 ədəd mal aşkar edilib.
Bu qanun pozuntuları ilə əlaqədar olaraq 1,097 mln. manat məbləğində maliyyə sanksiyası və inzibati cərimə tətbiq olunub.

O.M.