Avropa böhranı Azərbaycandan təsirsiz ötüşməyəcək

Avropa böhranı Azərbaycandan təsirsiz ötüşməyəcək

12 Noyabr 2011 20:19
Bəyəndim (0) Bəyənmədim (0)
Ümumdünya iqtisadi böhranının II və daha ağır dalğası gözlənilir

Bu gün Beynəlxalq Valyuta Fondunun rəhbəri Avropadakı son hadisələrə toxunaraq dünyadakı iqtisadi vəziyyəti müzakirə etdi. MİGnews xəbər agentliyinin məlumatına görə, Kristin Laqard əsasən Yunanıstandakı və İtaliyadakı böhranı, onun Asiya, eyni zamanda neft ölkələrinə təsirini müzakirə etdi:

"Bu gün heç bir ölkə maliyyə böhranından və bu böhranın yaradacağı iqtisadi böhrandan sığortalı deyil. İtaliya mümkün qədər islahatlar aparmalıdır ki, Avrozonadakı maliyyə böhranının dünya iqtisadiyyatına fəsadları az olsun. Yunanıstanın artan borcları ilə Avropada yaranmış maliyyə böhranı İtaliya iqtisadiyyatına zərbə vurub. Nəticədə baş nazir Silvio Berluskonu istefa verib". Kristin Laqard Avropanı cənginə almış maliyyə böhranının yaxın zamanlarda dünya iqtisadiyyatını böhran vəziyyətinə gətirəcəyini vurğulayıb: "Mən Yaponiya baş nazirinə israrla sübut etməyə çalışırdım ki, heç bir ölkə, hətta böyük maliyyə imkanlarına malik dövlətlər belə bu böhrandan təsirsiz ötüşməyəcəklər. Neft ölkələri isə alıcılara görə maliyyə böhranından yan keçməyəcəklər. Yunanıstan, Portuqaliya və İrlandiyada kök salan maliyyə böhranı bütün dünyada iqtisadi böhrana təkan verəcək".

Qeyd edək ki, Yunanıstanı bürüyən maliyyə böhranı ilə əlaqədar bu ölkə Azərbaycandan aldığı yanacaqdan rəsmən imtina edib.

Xatırladaq ki, dünyanı cənginə almış I iqtisadi böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir etməmişdi. 2008-ci ildən bu günədək ölkəmizdə davamlı iqtisadi inkişaf müşahidə olunurdu.

Pulsuzluq müasir dövrün ən məşhur problemidir...

Sərvər Aslanov

O.M.