Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində geniş araşdırmalar aparılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində geniş araşdırmalar aparılacaq

12 Noyabr 2011 16:49
Bəyəndim (0) Bəyənmədim (0)
Qanunsuzluq faktı aşkarlandığı təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriləcək

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərov bir qrup vətəndaşı qəbul edərək onların müraciətlərini dinləyib. Şikayətçilərin qəbulu prosesində nazirliyin müvafiq şöbələrinin mütəxəssisləri də iştirak ediblər. Vətəndaşları tək-tək qəbul edən nazir onların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı şikayətləri ilə tanış olub. F. Ələkbərov ərizələrin obyektiv şəkildə araşdırılması üçün müvafiq strukturlara göstəriş verib. Nazir ünvanlı dövlət sosial yardım almaq üçün müraciət edən bəzi əmək qabiliyyətli insanların isə vakant iş yerləri ilə təmin olunmaları və "Özünüdəstək" proqramlarından yararlanmaları üçün aidiyyəti strukturlara göstəriş verib.

Nazir vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, hər hansı qanunsuzluq faktının aşkarlandığı təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat təqdim edilməsi, habelə vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib. Tapşırığın icrası ilə əlaqədar yaxın günlərdə araşdırmalara başlanacaq.

İnsanın əməyi və sosial həyatı korrupsiya hallarından müdafiə olunmalıdır...

Hafiz Əhmədov

O.M.