İşdən əsassız yerə çıxarılan 119 nəfər işinə bərpa olundu

İşdən əsassız yerə çıxarılan 119 nəfər işinə bərpa olundu

12 Noyabr 2011 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov məlumat verir ki, bu ilin 9 ayı ərzində Azərbaycanda işdən qeyri-qanuni azad edilən 119 nəfər əvvəlki işinə bərpa olunub. Onun sözlərinə görə, həmin şəxslərin işdən azad edilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulub: "İşçilərin əvvəlki işlərinə bərpası prosesi elə həyata keçirilir ki, həmin şəxslə işəgötürən arasında heç bir problem və narazılıqlar yaranmasın. Xidmətimiz belə müraciətlərə çox həssaslıqla yanaşıq".

İşə girərkən əmək müqaviləsini tələb edin...

Sərvər Aslanov

O.M.