ARDNŞ «Statoil» şirkəti ilə yeni iş birliyi qurmaq niyyətindədir

ARDNŞ «Statoil» şirkəti ilə yeni iş birliyi qurmaq niyyətindədir

11 Noyabr 2011 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev məlumat verir ki, ARDNŞ Norveçin "Statoil" şirkəti ilə yeni iş birliyi qurmaq niyyətindədir. Belə ki, neft şirkətinin strukturunun yenidən qurulmasında da "Statoil"un təcrübəsindən istifadə olunub.

Noyabrın 10-da "Statoil" şirkətinin rəhbəri ilə Bakıda keçirilən görüş barədə məlumat verən R.Abdullayev onu bildirib ki, ARDNŞ "Statoil"la dünyanın müxtəlif bölgələrində əməkdaşlıq etmək niyyətindədir: "Statoil"un Şimal dənizində layihələri var, bizim də müəyyən layihələrimiz var. Biz bununla bağlı yeni iş birliyi yaratmaq üçün müzakirələr aparırıq".
R.Abdullayev onu da bildirib ki, hazırda ARDNŞ müxtəlif ölkələrdə - Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya və s. işləyir: "Bunlar əsasən satışla əlaqədar olan işlərdir. İndi isə biz qərara gəlmişik ki, başqa ölkələrdə, dünyanın digər regionlarında hasilatla da məşğul olaq və indi bununla bağlı işlər aparılır".

Neft ölkəsi dünyanı fəth etməyə hazırlaşır...

Sərvər Aslanov

O.M.