
Abonentin xəbəri olmadan elektrik və istilik enerjisi kəsilə bilməz
Millət vəkili Zahid Orucun məlumatına görə, Azərbaycan Milli Məclisi "Eklektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara dəyişiklikləri müzakirəyə çıxaracaq. Bu qanunlara dəyişikliklərin istehlakçıların hüquqlarının qorunması sahəsində bir addım olduğunu deyən millət vəkilinin sözlərinə görə, layihə parlamentə Azərbaycan prezidentinin imzası ilə daxil olub.
Dəyişiklikdə qeyd olunur ki, elektrik enerjisinin və qazın dəyərini vaxtında
ödəməyən şəxslərə yönəlmiş dayandırma qərarları verilə bilər. Lakin elektrik və
istilik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı
bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən
elektrik və istilik enerjisinin dayandırılması qadağandır.
"Yəni bu o deməkdir ki, istehlakçı xəbərdar olunmadan onun xətləri kəsilə
bilməz. Bu son dərəcə önəmli bir dəyişiklikdir", - deyə Z. Oruc vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, hər iki qanuna bir il əvvəl edilmiş son
dəyişikliklərə əsasən, enerji təchizatının verilməsi və dayandırılması fərdi
qaydada həyata keçirilir.
Kommunikasiya xətləri vətəndaşla hökumət arasında körpüdür...
Sərvər Aslanov
O.M.