ARDNŞ Mərkəzi Neftçilər Xəstəxanasından və «Atəşgah Sığorta» şirkətindən imtina edir

ARDNŞ Mərkəzi Neftçilər Xəstəxanasından və «Atəşgah Sığorta» şirkətindən imtina edir

11 Noyabr 2011 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin yanvar ayından başlayaraq bütün işçilərini icbari tibbi sığorta növü üzrə sığortalayacaq və hazırda bununla bağlı işlər aparılır. Bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, işçilərin icbari tibbi sığortası ölkədə fəaliyyət göstərən sığorta şirkətləri vasitəsi ilə həyata keçiriləcək. Bununla əlaqədar olaraq ARDNŞ özünün səhiyyə xidmətləri göstərən bütün aktivlərindən imtina edəcək, o cümlədən tabeliyində olan səhiyyə müəssisələri, həmçinin Mərkəzi Neftçilər Xəstəxanası Səhiyyə Nazirliyinin balansına veriləcək.
R.Abdullayev onu da bildirib ki, ARDNŞ-ın "Atəşgah Sığorta" şirkətində olan payı da satılacaq, payın satılması tender yolu ilə həyata keçiriləcək.
Qeyd edək ki, ARDNŞ "Atəşgah Sığorta" şirkətinin səhmlərində 10%-lik paya malikdir.

O.M.