Yaşıllaşdırma Təsərrüfatı Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyini məhkəməyə verdi

Yaşıllaşdırma Təsərrüfatı Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyini məhkəməyə verdi

8 Noyabr 2011 18:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyini (ETSN) məhkəməyə verib. Birliyin məhkəməyə müraciət etməsinə səbəb ETSN-in bu qurumu cərimə etməsidir. Belə ki, ETSN Yaşıllaşdırma Təsərrüfatı Birliyini və birliyin rəhbərini cərimələyib. Birlik isə cərimə ilə bağlı qərarın qanunsuz hesab edilməsi iddiası ilə Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etmədiyi üçün qərardan apellyasiya şikayəti verilib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, bir müddət əvvəl ETSN BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyini 98 min manat, birliyin rəhbərini isə 5 min manat məbləğində cərimələyib. Nazirlik bunu yaşıllıqlara aqrotexniki xidmətin göstərilməsi vəziyyəti ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində aparılan araşdırma zamanı ciddi pozuntulara yol verilməsi, o cümlədən qanunsuz ağac kəsintisi faktları ilə izah edib.

Ekologiyaya vurulan ziyanın cəriməsini xalq ödəyir...

Sərvər Aslanov

O.M.