Medvedevlə Merkel "Şimal Axını"nın düyməsini basdılar

Medvedevlə Merkel "Şimal Axını"nın düyməsini basdılar

8 Noyabr 2011 16:07
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya mətbuatının məlumatına görə, Rusiya prezidenti Dmitri Medvedev və Almaniyanın Federal kansleri Angela Merkel "Şimal Axını" qaz xəttini rəsmən işə salıblar. Baltik dənizinin dibi ilə çəkilmiş qaz xətti Rusiya qazını Almaniya üzərindən Avropa ölkələrinə çatdıracaq.

Almaniya və Rusiya liderlərindən əlavə tədbirdə Fransanın baş naziri Fransua Fiyon, Niderlandın baş naziri Mark Rütte, Avropa Birliyinin energetika üzrə komissarı Günter Ettinqer və Nord Strim şirkətinin nümayəndələri iştirak edirdilər.
Nord Strim şirkətinin rəhbəri bildirdi ki, 1 saat ərzində 1 mln. kub metr qaz ötürüləcək ki, bu da ildə 8.5 mlrd. kub metr deməkdir. Layihənin səhmdarları təkcə Rusiya şirkəti deyil. Rusiyadan Газпром (51%), Almaniyadan E.On Ruhrgas (15,5%) və Wintershall AG (15,5), Hollandiyadan N.V. Nederlandse Gasunie (9%), Fransadan GDF Suez (9%) "Şimal Axını"nın səhmdarlarıdır. Layihənin ümumi məbləği 8.8 mlrd. avrodur.

Xatırladaq ki, hazırda Rusiya Avropa bazarını 25% qazla təmin edir.

O.M.