ARAŞDIRMA-Qurbanlıq qoyunlar yenə baha satıldı

ARAŞDIRMA-Qurbanlıq qoyunlar yenə baha satıldı

6 Noyabr 2011 02:06
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda qurbanlıq qoyunların qiyməti 150-220 manat arasında dəyişir

Xəbər verdiyimiz kimi, İqtisadi İnkişaf Nazirliyi (İİN) Qurban bayramının yaxınlaşması ilə əlaqədar əhalinin qurbanlıq qoyunlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə bayram günlərində Bakı şəhərində və Bakının ətraf qəsəbələrində bazardakı qiymətlərlə müqayisədə daha ucuz diri qoyunların satışını təşkil etmək barədə qərar qəbul etmişdi. Qurbanlıq qoyunların satışı məqsədi ilə srağagün və dünən müxtəlif ünvanlarda satış mərkəzləri təşkil olundu.

Biz real vəziyyətlə yerində tanış olmaq üçün həmin ünvanların bəzilərində araşdırma apardıq. Məlum oldu ki, diri qoyunlar əvvəlcədən planlaşdırıldığı kimi, 1 kiloqramı 8 manat hesabından deyil, 10-11 manat hesabından dəyərləndirilir. Nəticədə, qoyunların satış qiyməti əvvəlki illərə nisbətən daha da yüksək, 150-220 manat oldu.

Yalnız bir ünvanda - Zığda təşkil olunmuş yarmarkada qoyunların 95 manata satıldığının şahidi olduq.

Lazımı tədbirlər görülməzsə, bu gün də qiymətlərin yüksək səviyyədə qalacağı istisna deyil.


İnsanlar əsasən nəfslərinə qurban gedirlər. Qurban bayramınız mübarək olsun!..

Sərvər Aslanov

O.M.