Quş ətinin satışına məhdudiyyət qoyuldu

Quş ətinin satışına məhdudiyyət qoyuldu

5 Noyabr 2011 18:48
Bəyəndim (0) Bəyənmədim (0)
Dövlət Baytarlıq Xidmətinin mövsümi qərarı

Payızda quş ətinin açıq satışına qadağa qoyulub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin verdiyi məlumata görə, bu, köçəri quşların payızda miqrasiyası ilə əlaqədardır. Onun sözlərinə görə, bu miqrasiyaya qədər diri quşların satışına müvəqqəti olaraq icazə verilsə də, indi diri quşlar yalnız qapalı məkanda və Dövlət Baytarlıq Xidməti əməkdaşlarının nəzarət etdiyi ərazilərdə satılmalıdır.

Quşlar isti ölkələrə uçduqları kimi qanunlar da mövsümi xarakter daşıyır

Hafiz Əhmədov

O.M.