Yunanıstanda referendum keçirilməyəcək

Yunanıstanda referendum keçirilməyəcək

4 Noyabr 2011 17:07
Bəyəndim (0) Bəyənmədim (0)
Yunanıstan Avropa Birliyini tərk etməyəcək

İnterfax xəbər agentliyinin məlumatına görə, Yunanıstanda referendum keçirilməyəcək. Hökumət adından Kanndakı G-20 zirvə toplantısına qatılan Maliyyə naziri Yevangelos Venizoles bildirib ki, Avropa Birliyinin Yunanıstanın borcunu tənzimləmək haqda referenduma çıxarılması nəzərdə tutulan qanun layihəsi ictimai səsə qoyulmayacaq.

Xatırladaq ki, bir qədər əvvəl Fransa və Böyük Britaniya Yunanıstanın Avropa Birliyindən çıxacağını proqnozlaşdırmışdılar.

Yunanıstan Avropa iqtisadiyyatının bataqlığına çevrilib...

Hafiz Əhmədov

O.M.