Minimum əməkhaqqı yaşayış minimumu həddinə çatdırılacaq

Minimum əməkhaqqı yaşayış minimumu həddinə çatdırılacaq

4 Noyabr 2011 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda 2013-cü ildən etibarən yaşayış minimumu ilə minimum əməkhaqqının məbləği bərabərləşdiriləcək. Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin iclasında İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradov səsləndirib. O bildirib ki, bu, Avropa Xartiyasının tələbidir və Azərbaycan hökuməti də bu istiqamətdə işlər aparır.

Xatırladaq ki, Azərbaycanda 2011-ci il üçün yaşayış minimumu adambaşına 95 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçünsə 76 manat səviyyəsində nəzərdə tutulub. Minimum əməkhaqqı 85 manatdır.

İnflyasiya getdiyi üçün yaşayış minimumu həddi də artmaqda davam edir...

Hafiz Əhmədov

O.M.