Bakıda 6 milyonluq villa satılır: həm də təcili

Bakıda 6 milyonluq villa satılır: həm də təcili

27 Dekabr 2017 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Şüvəlan qəsəbəsində 6 milyonluq villa təcili satışa çıxarılıb.

Mediainfo.az Axar.az-a istinadən xəbər verir ki, Şüvalanda yerləşən 3 mərtəbəli dəniz mənzərəli ultra-lüks villa tam təmirli və əşyalıdır. Villada xaricdən gətirilmiş eksklüziv mebellər və ipək xalçalar var. Villanın 1-ci mərtəbəsində geniş böyük zal, hidromasajlı hovuz, sauna, mətbəx yerləşir. Evin döşəməsi İtalya istehsalı olan fosforlu yerdən isitməli mərmərlə döşənib.

Evin zirzəmisində fitnes zal, bar, mətbəx, iki əlavə xidməti otaq mövcuddur. Villanın 4 maşınlıq qarajı, 150 tonluq su çəni, hovuzu var.

Villa 6 000 000 manata satışa təqdim edilib.