Deputatların maaşları 800 manat artırıldı

Deputatların maaşları 800 manat artırıldı

27 Dekabr 2017 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

2018-ci ildə Milli Məclisin saxlanılması xərcləri 25 milyon 432 min manat təşkil edəcək.

Turan agentliyinin verdiyi məlumata görə, bu, dövlət büdcəsi layihəsində nəzərdə tutulandan 1,2 milyon manat çoxdur. Belə görünür, deputatlar maaşlarının artmasına nail olurlar.

Prezident İlham Əliyevin dekabrın 26-da dərc edilən "2018-ci ilin dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanına əsasən, hər deputatın əmək haqqına ayda 800 manat əlavə olunur.