Fazil Məmmədovun yüksək vəzifəli yeznəsi işdən çıxarıldı

Fazil Məmmədovun yüksək vəzifəli yeznəsi işdən çıxarıldı

26 Dekabr 2017 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb.

Mediainfo.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvələr Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.