Bakıda 40 qəpiklik çörək ucuzlaşıb

Bakıda 40 qəpiklik çörək ucuzlaşıb

2 Noyabr 2011 17:59
Bəyəndim (0) Bəyənmədim (0)
Bu, unun ucuzlaşması ilə bağlıdır

Bakının çörək bazarında ən böyük iştirakçılardan biri və çörəyin qiymətində digər istehsal sexləri üçün qiymət oriyentiri rolunu oynayan "Sərham" MMC-nin (Bakıxanov Çörək Zavodu) istehsal etdiyi 750 qramlıq çörəyin pərakəndə satış qiyməti 40 qəpikdən 35 qəpiyə endirilib. Qiymətlərin düşməsi MMC-nin çörəyini satan bütün satış nöqtələrində müşahidə olunub. Zavodun baş direktoru Rasim Nəbiyev bildirir ki, çörəyin ucuzlaşması unun qiymətinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, bir qədər əvvəl 50 kiloqramlıq unun kisəsi 20-20,5 manat olduğu halda indi 17,5-18 manata düşüb: "Bu da bizə qiymələri aşağı salmağa imkan verib".

Xatırladaq ki, Bakıdakı çörək sexlərinin bir hissəsi qiymətləri dəyişməyib.

Təki mağazalarda müştərilərə 5 qəpik qalığı qaytarsınlar...

Hafiz Əhmədov

O.M.