Bakıda ucuz qurbanlıq qoyunların satış mərkəzlərinin yeri

Bakıda ucuz qurbanlıq qoyunların satış mərkəzlərinin yeri

2 Noyabr 2011 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi (İİN) Qurban bayramının yaxınlaşması ilə əlaqədar əhalinin qurbanlıq qoyunlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə bayram günlərində Bakı şəhərində və Bakının ətraf qəsəbələrində bazardakı qiymətlərlə müqayisədə daha ucuz diri qoyunların satışını təşkil edəcək. Nazirlikdən verilən məlumata görə, satış Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə təşkil olunacaq.

Qurbanlıq qoyunların satışı 5-7 noyabr 2011-ci il tarixlərində aşağıdakı ünvanlarda təşkil olunacaq:
Sabunçu rayonu
- Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmir yolu stansiyasının yanı
- Zabrat-Kürdəxanı yolu, Zabrat dairəsi
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi, 26, Keşlə bazarının yanı
Xətai rayonu
- Nobel prospekti, "Nargilə" kafesinin yanı
- Gəncə prospekti, "Fəridə" şadlıq evinin qarşısı
Suraxanı rayonu
- Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi, Tikiş sexinin yanı
- Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, "Bakı Toxuculuq" ASC-nin yanı
- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, "Neftçi" stadionunun yanı
- Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 114 saylı yaşayış evinin yanı
- Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Maral heykəlinin yanı
Səbail rayonu
- Bibiheybət yolu, "Azpetrol" yanacaq doldurma məntəqəsinin yanı
- 20-ci sahə dairəsi, Ticarət cərgəsinin arxasındakı boş sahə
Yasamal rayonu
- Şərifzadə küçəsi, 196, "İdeal" şadlıq sarayının həyəti
Binəqədi rayonu
- 8-ci mkr, C.Xəndan küçəsi və Atatürk prospektinin kəsişməsində
- Rəsulzadə qəsəbəsi, Binəqədi şosesinin sağ tərəfi, "Baksol" yolu ilə kəsişmənin yanı
- Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, 3, Binəqədi RİH-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin qarşısı
- Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 63, ev 10A, Binəqədi bələdiyyəsinin yanı
Nizami rayonu
- R.Rüstəmov küçəsi ilə M.Əliyev küçəsinin kəsişməsi, "Ay işığı" restoranının yanı
Xəzər rayonu
- Binə qəsəbəsi, Əliağa Vahid küçəsi 6, Sovxoz yolu
- Qala qəsəbəsi, Dəmiryolçular küçəsi, Qala dəmir yolu stansiyasının yanı
- Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, Mərdəkan qəsəbəsinin girişi, "Bank of Baku"nun qarşısı
Qaradağ rayonu
- Lökbatan qəsəbəsi, "Meyvəli" bazarının yanı
- Sahil qəsəbəsi, Mədəniyyət evinin yanı

Allah qurban kəsmək üçün bol ruzi və cansağlığı versin...

Hafiz Əhmədov

O.M.