Konqresmenlər mane oldu, ancaq Əliyev bacardı

Konqresmenlər mane oldu, ancaq Əliyev bacardı

21 Dekabr 2017 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

2017-ci ildə ilk dəfə olaraq ölkədə ixrac idxalı üstələdi, ticarət balansında təxminən 4 milyarddan yuxarı müsbət saldo var.

Mediainfo.az-ın məlumatına görə, bu sözləri 2017-ci ilin iqtisadi yekunlarını Axarr.az-a dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili 2017-ci ildə Azərbaycanda müəyyən uğurlu əməliyyatların keçirildiyini bildirib:

"Birincisi, kənd təsərrüfatının inkişafı ilə əlaqədar çox ciddi addımlar atıldı. Özəlliklə də sahibkarlığın inkişafı yönündə mühüm qanun dəyişiklikləri edildi. Kənd təsərrüfatı məhsullarının ixracının kəskin artması çox mühüm hadisədir. İlk dəfə olaraq ölkədə ixrac idxalı üstələdi, ticarət balansında təxminən 4 milyarddan yuxarı müsbət saldo var. Bu, Azərbaycanın atdığı müsbət addımların nəticəsidir. Bu il ən mühüm hadisələrdən biri Bakı-Tiflis-Qars dəmiryolunun açılışı idi. Nəqliyyat dəhlizi olan Azərbaycan üçün bu layinənin reallaşması müstəqilliyimizin qorunması, Avropa ilə Asiyanın birləşməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Vaxtilə Bakı-Tiflis-Qars dəmiryolunun çəkilişinə bir çox dövlətlər etiraz edirdi. Hətta ABŞ-da amerikalı konqresmenlər bu layihənin əleihinə idilər. Ancaq ölkə rəhbərinin güclü iradəsi nəticəsində BTQ istifadəyə verildi".

Millət vəkilinin sözlərinə görə, 2017-ci il prezident tərəfindən 2016-cı ildə qəbul olunmuş Strtateji Yol Xəritəsinin icrası baxımından uğurlu il oldu:

"Bu sahədə görülən işlər davam edir. Sumqayıtda və Neftçalada bir sıra sənaye məhəllələri istifadəyə verildi, yeniləri isə tikilir. Hazırda bu sahəyə diqqət böyükdür. Ümumilikdə, ÜDM-də artım olmasaydı, bu ili minusla çıxardıq. Ancaq neft qiymətində də ciddi problemlər olmadı, milli valyutamız qorunub saxlanıldı. Bütün bunlar ölkə iqtisadiyyatına müsbət təsir göstərməklə bərabər, insanların həyat səviyyəsinin aşağı düşməsinin qarşısını aldı.

Ən əsası isə 2017-ci ildə kənddən şəhərə axının qarşısı müəyyən qədər alındı. Məhz kənd təsərrüfatına edilən yatırımlar bu sahəyə marağı artırdı. Kiçik, orta və iri sahibkarlıq artıq aqrar sektorla məşğul olur. Bu fonda aqrar fermaların və iri kənd təsərrüfatı sahələrinin yaradılması da mühüm addımlardandır. Çox təəssüf ki, bu il ən mühüm problemimiz olan Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş əldə olunmadı. 2018-ci ilin bu baxımdan uğurlu il olmasını arzu edirik".