"Azərbaycanda bu gün halal kolbasa yoxdur"

"Azərbaycanda bu gün halal kolbasa yoxdur"

2 Noyabr 2011 14:35
Bəyəndim (0) Bəyənmədim (0)
İstehlakçılar diqqətli olsunlar

Gündəlik qida rasionumuza daxil etdiyimiz, damaq dadımızın əvəzolunmaz ərzağına çevrilən kolbasalar, sən demə, göründüyü qədər də faydalı deyilmiş. Bəzi hallarda hətta imanlı alıcıların bilmədən günah qazanmasına səbəb olurmuş.

Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Milli.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bu gün halal kolbasa yoxdur: "İnandırıcı deyil ki, kolbasa istehsalçıları 8-10 manata ət alıb, 12 manata satsınlar. Biz insanlara düzünü deməliyik ki, seçim edə bilsinlər. Azərbaycanda qida institutları olmadığından, bu məsələlər araşdırılmır".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu barədə fikir bildirib: "Azərbaycanda kolbasaların tərkibinə süni ət qarışdırılmır, amma xeyli sayda inqrediyentlər vurulur. Hətta heyvanların süd vəzisi, yelini, dili, başı qarışdırıla bilir. Ümumiyyətlə, kolbasa istehlakçılar üçün arzuolunan qida olmasa da, yerli məhsul gətirilənlərdən daha üstündür".
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məsələyə bu cür aydınlıq gətirdi: "kolbasanın ətdən deyil, başqa bir xammaldan hazırlanması kimi məlumatlar məlum deyil. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən kolbasanın yalnız təhlükəsizlik göstəriciləri araşdırılır. Son zamanlar yerli kolbasalarda neqativ hallar aşkarlanmayıb".

Halallıq hər bir işdə vacib şərtdir, kolbasa seçimində də...

Hafiz Əhmədov

O.M.