Yunanıstanda referendumla bağlı G-20 ölkələri təcili toplaşacaqlar

Yunanıstanda referendumla bağlı G-20 ölkələri təcili toplaşacaqlar

2 Noyabr 2011 13:15
Bəyəndim (0) Bəyənmədim (0)
Məqsəd Yunanıstanda nəzərdə tutulan referenduma dəstək verməkdir

Böyük 20-lər ölkələrinin (G-20) liderləri Kann şəhərində nəzərdə tutulan sammitdən öncə çərşənbə günü növbədənkənar görüşəcəklər. İnterfax.ru agentliyinin Bloomberg saytına istinadən yaydığı məlumata görə, səbəb Yunanıstanda keçiriləcək referendumdur. İlkin məlumatda bildirilir ki, görüşdə Yunanıstanın Baş naziri Georgios Papandreusla bərabər Fransa prezidenti, Almaniya kansleri, Avropa Mərkəzi Bankının başçısı və Beynəlxalq Valyuta Fondunun icraçı direktoru iştirak edəcəklər. Məqsəd Yunanıstanda nəzərdə tutulan referenduma dəstək verməkdir. Belə ki, bu ölkədən anti-böhran planının qəbul edilməsi gözlənilir.

Borc vermək heç də hər zaman əl tutmaq demək deyil...

Hafiz Əhmədov

O.M.