Ağ Şəhərdə işlər tamamlanmaq üzrədir

Ağ Şəhərdə işlər tamamlanmaq üzrədir

20 Dekabr 2017 09:21
106
Bəyəndim (0) Bəyənmədim (0)

2017-ci ildə Bakı Ağ Şəhərdə böyük həcmdə tikinti, quraşdırma və abadlıq işləri görülüb, neft tullantıları ilə çirklənmiş sahələrin təmizlənməsi yekunlaşıb.

Bu barədə Fins.az-a "Bakı Ağ Şəhər" layihəsinin mətbuat xidmətindən açıqlama verilib. Məlumata əsasən, hazırda Ağ Şəhərin ərazisinə görə ən böyük olan Babək məhəlləsinin qərb hissəsində tikinti işləri başa çatır. Burada layihələndirilmiş 7 mərtəbəli klassik üslublu "Paris evləri"nin tikintisi tamamlanıb və hazırda abadlıq-quruculuq və yaşıllaşdırma işləri yekunlaşır.

Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirəcək, Ağ Şəhər bulvarına qədər uzanan Xəqani Rüstəmov küçəsinin yenidən qurulması işləri tamamlanıb. Ağ Şəhərin əhəmiyyətli küçələrindən sayılan Süleyman Vəzirov və layihənin mərkəzindən keçən Mərkəzi Bulvar küçələri də əsaslı şəkildə yenidən qurulur.