Dünya iqtisadiyyatının ən rüşvətxor ölkəsi Rusiyadır

Dünya iqtisadiyyatının ən rüşvətxor ölkəsi Rusiyadır

2 Noyabr 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)
Transparency International şirkətlərin əcnəbi ölkələrdə rüşvətlərinin indeksini əks etdirən hesabat yayıb

Beynəlxalq Antikorrupsiya təşkilatı Transparency International bu gün eksport şirkətlərinin əcnəbi ölkələrdə rüşvətlərinin indeksini (Bribe Payers Index) əks etdirən hesabat yayıb. Bu il siyahıya Rusiya Federasiyası başçılıq etdi. Hesabatda 19 iqtisadi sektorda çalışan 28 şirkətin fəaliyyəti təhlil olunub. İndeksi 10 bala yaxın olan ölkə rüşvət reytinqində ən aşağı səviyyədə sayılır. Bu il həmin ölkə 8.8 balla Hollandiya elan edildi. Rusiya və Çin isə 6.1 və 6.5 bal topladılar. Dünya iqtisadiyyatında rolu durmadan artan Rusiyada rüşvətxorluq neft-qaz sektorunda, Çində isə mədənçilik sənayesində özünü göstərir.

Xatırladaq ki, bu ilin may ayında Rusiya ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında əcnəbi məmurların pulla alınmasına qarşı antikorrupsiya qanun layihəsi imzalanmışdı. Məhz bu sənəd Rusiyanın İƏİT-ə qəbuluna vacib şərt kimi götürülürdü.

Rüşvət vermək də almaq qədər cinayət sayılır...

Sərvər Aslanov

O.M.