Rusiyalılar Bakıya gəlir - pomidoru yoxlamağa

Rusiyalılar Bakıya gəlir - pomidoru yoxlamağa

19 Dekabr 2017 14:17
86
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyəti Azərbaycana gələcək.

Mediainfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya federal xidmətin saytında yer alıb. Nümayəndə heyətinin Azərbaycanda pomidor istehsalı və onların saxlama yerlərində yoxlama aparacağı bildirilib. Yoxlamalara səbəb 2017-ci ildə Azərbaycandan Rusiyaya pomidor daşınmasının artmasıdır.

Qeyd edək ki, Moskva Azərbaycan ərazisindən Rusiyaya sanksiyalar siyahısına düşmüş ölkələrin pomidorunun daşındığını güman edir. Bu il ərzində məhz bu səbəb ucbatından Rusiya yüzlərlə ton Azərbaycan istehsalı olan pomidorun sərhəddən keçməsinə izn verməyib.