Dünyada rekord həddə - 200 milyondan çox işsiz var

Dünyada rekord həddə - 200 milyondan çox işsiz var

1 Noyabr 2011 21:09
Bəyəndim (0) Bəyənmədim (0)
İşləyənlərin 1/3-nin əməkhaqqı onların minimal tələbatlarını ödəmir

Korrespondent.net saytının məlumatına görə, Dünya Əmək Təşkilatı (DƏT) ümumdünya iqtisadi böhranının işsizliyə fəlakətli təsir göstərdiyi qənaətinə gəlib. Bu problem ən tez yaxın 5 il ərzində həllini tapa bilər. Yaxın 2 il ərzində mütləq mənada 80 milyon iş yeri açılmalı olsa da, bu rəqəmin yarısı qədər iş yeri açılacağı ehtimal olunur. DƏT-in qənaətinə görə, 50-yə qədər ölkədə işsizliklə bağlı sosial partlayışlar gözlənilir. İnkişaf etmiş ölkələrin 2/3-də və inkişafda olan ölkələrin yarısında işsizlik problemi geniş yayılmağa başlayıb. Ümumiyyətlə, işsizlik dünyada rekord həddə gəlib çatıb. Bu gün yer üzündə 200 milyondan çox insan iş tapmaq arzusundadır.

DƏT-in son hesabatında dünya iqtisadiyyatını bürümüş böhranın işsizliyin sayını daha da artıracağı bildirilib. O da əlavə olunub ki, hətta stabil işi olan insanların 1/3-nin əməkhaqqı onların minimal tələbatlarını ödəmir.

İşsizlik insanların başına iş açdı...

Sərvər Aslanov

O.M.