«Anchor» yağının «Andhor» adlı saxtası çıxdı

«Anchor» yağının «Andhor» adlı saxtası çıxdı

1 Noyabr 2011 19:00
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni Zelandiya yağı adı altında satılan açıq yağlar da saxtadır

"Anchor" yağlarının Azərbaycandakı distribütoru olan "Delta Group" şirkətindən verilən məlumata görə, adındakı hərf dəyişməsini çıxmaq şərti ilə, istər dizayn, istər rəng, istərsə də qablaşdırma baxımından "Andhor" yağları 5 kiloqramlıq "Anchor" yağlarından fərqlənmir. "Andhor" yağının harada və kimlər tərəfindən istehsal olunduğu və niyə məhz bu şəkildə satışa çıxarıldığı məlum deyil.

"5 kiloqramlıq "Anchor" yağı Azərbaycan bazarında liderdir və görünür, bəzi şəxslər bundan istifadə edərək əhaliyə zahirən "Anchor"a bənzəyən "Andhor" yağını satır", - deyə "Delta Group"dan bildirilib.
Şirkət "Andhor" yağını istehsal edən şəxslərdən sağlam rəqabət prinsipini gözləməyi və öz məhsullarını satışa öz dizaynları və qablaşdırmaları ilə buraxmalarını qəti sürətdə tələb edir.
"Delta Group" bu məsələ ilə bağlı müvafiq qurumlara, o cümlədən məhkəməyə, Müəllif Hüquqları Agentliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edəcəyini bildirir: "Andhor" yağını istehsal edənlər şirkətin müəllif hüquqlarını tapdalayır, həm də əhalini çaşdırır. Biz alıcıları yağ alarkən diqqətli olmağa çağırırıq və bildirir ki, bu məsələnin cinayət tərkibi hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq və məsuliyyətli şəxslər cəzalandırılacaq".
Şirkət rəhbərliyi Azərbaycanda Yeni Zelandiya yağı adı altında satılan açıq yağlarla bağlı qeyd edib ki, bu gün Azərbaycan bazarında Yeni Zelandiya adı altında satılan açıq yağların mənşəyi məlum deyil: "Biz hesab edir ki, "Anchor" yağının üstünlüyü onun paketlənmiş, yəni gigiyenik olmasındadır.
"Anchor" brendinin sahibi Yeni Zelandiyanın "Fonterra" şirkətidir.
"Fonterra"nın Azərbaycandakı yeganə tərəfdaşı isə "Delta Group"dur".

Yağ alanda təkcə qiymətinə fikir vermək lazım deyil...

Hafiz Əhmədov

O.M.