Kərkük nefti İrana ixrac olunacaq

Kərkük nefti İrana ixrac olunacaq

10 Dekabr 2017 07:47
165
Bəyəndim (0) Bəyənmədim (0)

İraq Kərkükdəki yataqlardan gündəlik 30-60 min barel həcmində neftin ixracına dair İranla saziş bağlayıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın neft naziri Cabbar əl Laibi bildirib.

"İraqın SOMO neft markeinq şirkətinin İran tərəfi ilə imzaladığı saziş neftin sisternlər vasitəsilə İranın Kermanşah əyaləti ilə sərhədədək, İran tərəfi isə eyni həcmdə nefti İraqın cənubundakı limanlara tədarük ediləcəyini nəzərdə tutur", deyə nazir qeyd edib. O əlavə edib ki, həmin istiqamətdə boru inşa edilənədək Kərkükdən İrana ixrac olunacaq neftin həcmi artırıla bilər. Şirkətin baş direktoru Ala əl-Yasiri qeyd edib ki, neftin ixracına yaxın zamanda - tədarüklə məşğul olan şirkətlər arasında tender keçirildikdən sonra başlanılacaq.