Azərbaycanlılar Türkiyədə 2 milyon manatlıq villalar alır

Azərbaycanlılar Türkiyədə 2 milyon manatlıq villalar alır

7 Dekabr 2017 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlılar Türkiyədən bahalı evlər almağa başlayıblar.

Bu sözləri fins.az-a açıqlamasında Türkiyənin "Elit Group" inşaat, əmlak və investisiya şirkətinin nümayəndəsi Yulia Barsan məlumat verib. Onun sözlərinə görə, şirkətin əsas premium müştərilərinin bir hissəsi varlı Azərbaycan vətəndaşlarıdır.

O bildirib ki, hazırda şirkətin Alanya bölgəsində tikdiyi layihələrdə evlərin qiyməti 50 min avrodan başlayır. Azərbaycanlı müştərilər əsasən 500 min -1 milyon avro dəyərində evləri, villaları alırlar. Söhbət dəyəri 2 milyon manat olan evlərdən gedir.

Y.Barsan azərbaycanlı müştərilərin hər il artdığını bildirib. Belə ki, 2017-ci ildə şirkətin Azərbaycandan olan müştərilərinin sayı ötən illə müqayisədə 10% artıb: "Azərbaycanda daşınmaz əmlak sərgisində iştirak etməyimiz də məhz yeni müştərilər cəlb etməklə bağlıdır. Bizi Azərbaycandakı daşınmaz əmlak sərgisinə də varlı müştərimiz dəvət etdi. Buradan yeni müştərilər əldə edəcəyimizə ümid edirik".