Azərbaycanın bu məhsulu İrəvanda satılır

Azərbaycanın bu məhsulu İrəvanda satılır

6 Dekabr 2017 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

İrəvandakı mağazalarda Azərbaycan konfetləri peyda olub. Bu barədə "Aravot" qəzeti yayıb. Qəzet bununla bağlı oxucularından birinin göndərdiyi məktubu dərc edib. Məktubda bu konfetlərin onun evinin yaxınlığında satıldığı bildirilib:

"Mən konfetləri dadandan sonra istehsalçını axtarmağa başladım. Belə ki, onlar köhnə idilər. Bundan sonra lupanın köməyi ilə Şirin MMC, B.Bünyadova küçəsi 17a, Bakı, Azərbaycan ifadələrinə rast gəldim".

Qeyd edək ki, bundan öncə Ermənistan bazarlarına Azərbaycan istehsalı olan alma və çay da daxil olmuşdu.

Şirin MMC 2006-cı ildən bu yana fəaliyyət göstərir. Şirkət 50-də məhsul istehsal edir.(axar.az)