Ermənistan yeni AES inşa edilməsində israrlıdır

Ermənistan yeni AES inşa edilməsində israrlıdır

4 Dekabr 2017 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistan iqtisadi, siyası və hərbi inkişafını Atom Elektrik Stansiyası olmadan təsəvvür edə bilmir. Hələlik biz Metsamor AES-i Rusiya krediti hesabına modernləşdiririk. Ancaq daha sonra nə olacaq deyə bilmərəm".

Mediainfo.az-ın verdiyi məlumata görə, bunu birinci kanala müsahibəsində Kiçik Hidro Elektrostansiyalar ittifaqının sədri Naira Naapetyan deyib. Onun sözlərinə görə, kiçik elektrik stansiyaları Ermənistanın tələbatını ödəyə bilməz və ona görə də alternativ enerji mənbələri axtarışını davam etdirirlər. Metsamor AES-in yerinə yenisini inşa etmək üçün pul haradan olacaq? sualına isə Naapetyan belə cavab verib: " Bütün hallarda biz strateji məqsədləri önə çıxararaq yeni AES inşa edilməsində israrlıyıq. Biz ümid edirik ki, əlverişli şərtlərlə bizə AES inçası üçün kredit verənlər tapılacaq".

Mediainfo.az