Məşhur iqtisadçıdan Türkiyəyə: “Qızıl lirə”yə keçin

Məşhur iqtisadçıdan Türkiyəyə: “Qızıl lirə”yə keçin

4 Dekabr 2017 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Türk lirəsi zəif pul vahididir.

Axar.az xəbər verir ki, bu sözlər Con Hopkins Universitetinin professoru Stiv Hankenin "Forbes" jurnalındakı məqaləsində yer alıb. Onun sözlərinə görə, lirə getdikcə gücünü itirməkdədir:

"Bu, Türkiyənin ən zəif nöqtəsinin pul vahidi olduğunu ortaya qoyur. Bu qədər zəif pul vahidinə sahib olan heç bir ölkə indiyə qədər real siyasi gücə çevrilə bilməyib".

Zəif lirəmin əvvəl-axır Türkiyə iqtisadiyyatı üçün problem yaradacağını bildirən analitik qeyd edib ki, siyasi güc olmaq istəyən Ankara başqa dövlət tərəfindən hazırlanmayan və ya nəzarət altında saxlanmayan pul vahidi olan qızıla keçməlidir:

"Türkiyə qızıl indeksli lirə sisteminə keçməyə məcburdur".