Neftin qiyməti 60 dollara yaxınlaşır

Neftin qiyməti 60 dollara yaxınlaşır

27 Oktyabr 2017 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya birjalarında neft bahalaşır.

Oxu.Az xəbər verir ki, WTI neftinin qiyməti 1 barrelə görə 0,01 dollar və ya 0,02% artaraq 52,65 dollar təşkil edib.

Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,10 dollar və ya 0,17% artaraq 59,40 dollar olub.

Beləliklə, Brent markalı neftin qiyməti 59 dollar olan psixoloji həddi aşmaqla yanaşı, ikiillik maksimuma yaxınlaşıb.