BTQ Çindən gələn yükün həcmini artıracaq

BTQ Çindən gələn yükün həcmini artıracaq

26 Oktyabr 2017 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Qazaxıstan ərazisindən keçməklə Avropaya Çindən əlavə yük cəlb edilməsinə təsir edəcək.

Bu barədə Trend-ə Qazaxıstanın İnvestisiya və İnkişaf üzrə Nazirliyi yanında Nəqliyyat Komitəsindən bildiriblər.

Nazirlikdən bildirilib: "Bakı-Tbilisi-Qars dəmiryolu işə salındıqdan sonra Çindən gələn və Qazaxıstan ərazisindən keçən yükün həcmi böyük dərəcədə artacaq".