Ən ucuz reyslər bu terminaldan olacaq

Ən ucuz reyslər bu terminaldan olacaq

16 Oktyabr 2017 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

"Buta" Hava Yolları ("Buta Airways") şirkəti sərnişinlərə müraciət ünvanlayıb.

Şirkətdən Axar.az-a verilən məlumata görə, Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti – "Buta" Hava Yolları oktyabrın 29-dan etibarən bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalından ("Şimal" girişindən) həyata keçirəcək.

Məlumata görə, bu tədbir reyslərin optimallaşdırılması və sərnişinlərin gediş-gəlişinin rahatlığı üçün nəzərdə tutulub.