Bu qatarların hərəkət cədvəlində DƏYİŞİKLİK olacaq

Bu qatarların hərəkət cədvəlində DƏYİŞİKLİK olacaq

12 Oktyabr 2017 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 16-dan Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq, 16 oktyabr 2017-ci ildən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci il tarixdə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.