İqtisadiyyat üzrə Nobelin sahibi məlum oldu

İqtisadiyyat üzrə Nobelin sahibi məlum oldu

9 Oktyabr 2017 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

2017-ci il iqtisadiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb. APA-nın məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata ABŞ-ın Çikaqo Universitetinin alimi Riçard Taler layiq görülüb.

1901-ci ildən təqdim olunan iqtisadiyyat üzrə Nobel mükafatı ötən il ABŞ-ın Harvard Universitetinin professoru Oliver Harta və Massaçusets Ttexnoloji İnstitutunun professoru Benqt Holmstremə verilmişdi.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.