Azərbaycana 26,3 milyon dollar yardım ayrılıb

Azərbaycana 26,3 milyon dollar yardım ayrılıb

9 Oktyabr 2017 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

"1999-cu ildən indiyə kimi EXBS proqramı çərçivəsində kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycana 26,3 milyon dollar məbləğində avadanlıq və maliyyə yardımı ayrılıb".

Mediainfo.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Karter Vilbör deyib.

O qeyd edib ki, Azərbaycan kütləvi qırğın silahlarına qarşı mübarizədə daim öz sadiqliyini göstərib.