Rusiya ilə bağlı şok proqnoz: Yaxın 4 ildə...

Rusiya ilə bağlı şok proqnoz: Yaxın 4 ildə...

6 Oktyabr 2017 17:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada fəaliyyət göstərən kommersiya banklarının sayı yaxın 4 ildə 2 dəfə azalaraq 300-ə düşə bilər.

Report xəbər verir ki, bu proqnozu "Fitch" beynəlxalq reytinq agentliyi verib. Agentlik həmçinin bildirib ki, Rusiya iqtisadiyyatı üçün 50 bankın işləməsi kifayət edər.

Bankların sayının hazırkı 532 ədəddən 300-ə qədər azalması müştərilərin daha dayanıqlı və dövlət payı olan banklara yönəlməsinə gətirib çıxaracaq. Analitiklərin fikrincə, böyük bankların xılas edilməsi kreditorlar üçün riskləri azaldacaq. Amma, dövlət payı olan bankların dominantlığı bank sektorunun həssaslığını artıracaq. Belə ki, "Sberbank" istisna olmaqla, dövlət payı olan banklara dövlət dəstəyi 2008-ci ildən davam edir və bu məqsədlə onlara 2 trln. rubl (34 mlrd. dollar) vəsait ayrılıb.

Qeyd edək ki, apreldə Dövlət Duması tərəfindən qəbul olunan qanunla Rusiyadakı banklar 2018-ci il yanvarın 1-dən baza və universal lisenziyalı banklara bölünəcəklər. Universal lisenziyası kapitalı 1 mlrd. rubl (17 mln. dollar) olan banklara, baza lisenziyası isə 300 mln. rubl (9,2 mln. dollar) olan banklara veriləcək. Baza lisenziyası olan banklar qeyri-rezidentlərlə işləyə bilməyəcək.